WhatsApp spamlarla mübarizəyə başlayır- Yeni xidmət

17-01-2018 / 12:39

WhatsApp hər gün öz platformasına yeni funksiyalar əlavə etməyə davam edir.

Xeberler.az WABetaInfo bloqundan paylaşılan məlumata istinadən bildirir ki, şirkət daha bir funksiyanı sınaqdan keçirməyə başlayıb.

Belə ki, yeni özəllik  spam mesajlarının qarşısının alınmasını məqsəd qoyub.

Test sınaqlarında qeyd edilir ki, WhatsApp spam mesajlarına görə istifadəçiyə xəbərdarlıq edəcək. Bununla da şirkət spam mesajları sayəsində yayılan reklam və saxta xəbərlərin qarşısını alacaq.

WhatsApp yeni funksiya  ilə  25-dən çox istifadəçiyə göndərilən mesajları spam olaraq qeyd edəcək.

Bildirilir ki, WhatsApp spam mesajını qeyd etdikdən sonra istifadəçiyə bunun 25-dən çox adama göndərildiyi və spam olduğu barədə xəbərdarlıq edəcək.

Hazırda məhdud sayda  istifadəçilər üçün test edilən funksiyanın  təqdim ediləcəyi vaxt məlum deyil. WABetaInfo iddiasına görə, test mərhələsində olan xüsusiyyət Android və iOS istifadəçiləri üçün yeni bir yeniləmə ilə təqdim olunacaq.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə