WhatsApp üzərində işlədiyi yeniliyi istifadəyə verdi

22-06-2018 / 18:04

Xəbər verdiyimiz kimi WhatsApp uzun zamandır yeni bir funksiya üzərində işləyir.

Nəhayət ki, şirkət bu yeniliyi istifadəçilərinə təqdim edib.

Xeberler.az xarici mediaya istinad edərək bildirir ki, WhatsApp vasitəsi ilə artıq qrup şəklində görüntülü danışmaq mümkün olacaq.

Belə ki, qrupun görüntülü danışmaq xüsusiyyətindən istifadə etmək üçün əvvəlcə kiminləsə standart bir video zəngə başlamalısınız. Söhbətə başladıqdan sonra ekranın yuxarı sağ tərəfindəki bir şəxs simvolunun yanında “+” işarəsini görəcəksiniz. Bu simvola toxunduğunuzda, WhatsApp kontaktlarınız açılacaq və siz video zəngə qoşulmasını istədiyiniz insanları seçə biləcəksiniz.

Hazırda WhatsApp dörd nəfərlik qrup görüntülü danışmaq dəstəyi təklif etsədə, bu rəqəm gələcəkdə artacaq.

Qeyd edək ki, bu xüsusiyyət Android, iOS və Windows Mobile smartfonları üçün mövcuddur və bundan istifadə etmək istəyənlər WhatsApp-ı yeniliyə bilərlər.

 

Elşən Abdulkərimov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə