Whatsapp və Facebook bir platforma altında fəaliyyət göstərəcək

10-02-2015 / 11:58

WhatsApp  Web WhatsApp, WhatSim kimi yeniliklərindən sonra, indi də Facebook vasitəsi ilə giriş imkanını təmin edən bir xidmət inkişaf etdirir.

İki məşhur proqramların istifadəçilərini bir araya gətirdikdə asanlıqla milyardlarla insandan bəhs edəcəyimiz WhatsApp və Facebook istifadəçilərinə bir sürpriz hazırlayır. Artıq hər iki proqram bir platforma kimi fəaliyyət göstərəcək və istifadəçilər rahat bir şəkildə istifadə edəcək.

WhatsApp sevərlər çox yaxında alpha.whatsapp.com saytından Facebook hesabı ilə WhatsApp'a daxil ola biləcəklər. Beləliklə eyni anda həm Facebook bildiriş və mesajlarını, həm də WhatsApp mesajlarını bir arada görərək sosial şəbəkə ünsiyyətlərini iki qat artıracaqlar. Facebook WhatsApp'ı aldıqdan sonra iki tətbiqi bir-birinə bağlaması onsuzda tez bir zamanda gözlənilirdi. Bu planını sürətli və qüsursuz həyata keçirə bilməsi ictimai mediada göstərilmiş ən böyük yeniliklərdən biri ola bilər.

Hal-hazırda Facebook ilə inteqrasiya olan WhatsApp-ın alpha.whatsapp.com ünvanından hələlik yalnız WhatsApp işçiləri istifadə edə bilir.

Çox yaxında regional olaraq istifadəçilərə açılması gözlənilir.

                                                                                          Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə