Wi-Fi standartlarının adları sadələşdiriləcək

06-10-2018 / 12:59

"Wi-Fi Alliance" qeyri-kommersiya təşkilatı simsiz şəbəkə məhsulları üçün "IEEE 802.11" standartlarının adını sadələşdirib.
 
Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə , bu, istehlakçıların rahatlığı üçün düşünülüb. 802.11n texnologiyası "Wi-Fi 4", "802.11ac" texnologiyası "Wi-Fi 5", "802.11ax" texnologiyası isə  "Wi-Fi 6" kimi adlandırılacaq. 802.11ac  ilə müqayisədə 30% daha yüksək rabitə sürəti təklif edən 802.11ax standartı isə gələn il təsdiq ediləcək.
 
Bu və ya digər qurğu tərəfindən dəstəklənən "Wi-Fi" standartı yeni ikonkalar ilə işarələnəcək. Köhnə standartlar (802.11a, 802.11b, 802.11g) "Wi-Fi 1, 2 və ya 3" kimi adlandırılmayacaq, çünki bazarda onlara uyğun olan qurğular, demək olar, yox səviyyəsindədir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə