Wikipedia-nın qurucusu Türkiyəyə gedir

02-05-2017 / 12:08

Məlumat verdiyimiz kimi, Türkiyədə məhşur internet platforması Wikipedia-dan istifadəyə qadağan qoyulub .

Belə ki, Türkiyənin informasiya və kommunikasiya texnologiyaları qurumunun qərarı ilə platformaya girişə məhdudiyyət qoyulub. 

Buna səbəb kimi isə Wikipedia-nın Türkiyəni terror qrupları ilə birgə çalışaraq bu təşkilatlara yardım etdiyini göstərən yazı və rəylərə yer verməsi və beynəlxalq arenada Türkiyə əleyhinə qaralama kampaniyası aparması göstərilib.

Hələ də məsələ Türkiyə gündəmində geniş müzakirə edilir. Hazırda bu sayta dövlət səviyyəsində daxil olmaq mümkün deyil.

Bunlara baxmayaraq Wikipedia-nın qurucusu Jimmy Wales Türkiyədə bir konfransa qatılacaq.

O, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəvəti ilə Türkiyəyə gedir.

Dünya texnologiyalarına istiqamət verən biri kimi World Cities Expo İstanbul-a spiker olaraq qatılacaq Jimmy Wales Hurriyet.com.tr-yə verdiyi açıqlamalarda Wikipedia-ya olan müdaxilələrə baxmayaraq Türkiyəni ziyarət edəcəyini, İstanbulun ən sevdiyi şəhərlərdən biri olduğunu deyib.

Qeyd edək ki, World Cities Expo İstanbul-da Apple-ın qurucu ortağı Steve Jobs ilə birlikdə Steve Wozniak da konfrans çərçivəsində İstanbulda olacaq.

Konfrans 15 - 18 may tarixləri arasında İstanbulda baş tutacaq. 

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə