Wikipedia-nın yaradıcısı yeni sual-cavab xidməti təqdim edib

02-02-2009 / 16:38

Wikipedia onlayn-ensiklopediyasının yaradıcısı Cimmi Uels Wikianswers adlı yeni sual-cavab layihəsi təqdim edib.

Wikianswers artıq fəaliyyət göstərən Yahoo Answers, Linkedin Answers və s. İnternet-xidmətlərinə bənzəyir. Belə ki, resursa baş çəkən müştərilər onları maraqlandıran sualları verə bilərlər. Digər istifadəçilər isə həmin sualları cavablandırmalıdırlar.

Wikianswers-in özəlliyi ondadır ki, verilən suallara hər kəs, hətta qeydiyyatdan keçməyən istifadəçilər belə cavab verə bilər. Bir tərəfdən bu fəliyyət sərbəstliyinə təsir edir və xidmətin genişlənməsinə səbəb olur. Digər tərəfdən isə korrektəsiz və ya qəsdən verilən yalan məlumatların yer alması müşahidə olunur.

Wikianswers sisteminin məlumat bazası qeyd zamanı 35 min sualın daxil olduğunu hesablayıb.

Diqqət çəkən məsələ ondadır ki, yeni xidmətin adı artıq fəaliyyət göstərən Wiki Answers adlı analoji xidmətlə eynidir. Bu baxımdan, Cimmi Uelsin hüquqi problemlərlə üzləşəcəyi istisna edilmir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə