Wikipedia rəhbərləri wiki-axtarış sistemini bağlayırlar

01-04-2009 / 20:34

Wikia Search axtarış sistemi bağlanacaq. Bu barədə Wikipedia ensiklopediyasının yaradıcılarından biri olan Cimmi Ueyls öz bloqunda məlumat verib. Ueylsin sözlərinə görə Wikia Search uzunmüddətli proektdir.

Lakin çətinləşən iqtisadi durumla əlaqədar olaraq onu bağlamaq məcburiyyətində qalıblar, ona xərclənən pulu isə digər lazımlı proektlərə xərcləyəcəklər. Wikia Search`ın gələcəkdə bərpa olunacağı istisna olunmur, lakin Ueyls bu barədə heç nə deməyib. Wikia Search`ın Alfa versiyası 7 yanvar 2008-də istifadəyə verilmişdi. Bu axtarışın istifadəçilərinə özlərini maraqlandıran nə isə bir şey haqqında kiçik məqalələr yazmaq imkanı verilirdi. Məqalələrdən kiçik çıxarışlar axtarış sistemində görünürdü.

 Bu sistemdə istifadəçilərə axtarış nəticələrini dəyərləndirmək imkanı verilirdi. Bir il qabaq Ueyls bu barədə danışarkən bildirmişdi ki, bu imkanlarına görə Wikia Search - Google və Yahoo! kimi ənənəvi sistemlərdən daha dəqiq nəticələr verə bilər. Lakin Wikia Search gözlənilən istifadəçi auditoriyasını cəlb edə bilmədi. Son yarım ildə ay ərzində sistemdən 10 000 istifadəçi istifadə edirdi. Digər axtarış sistemlərində isə bu rəqəm 30 mln. civarında dəyişir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə