“WikiTəlim” layihəsi başlanıb

09-02-2016 / 21:04

9 fevral 2016 tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı Slavyan Universitetində “WikiTəlim” layihəsinin açılış mərasimi baş tutub.

Xeberler.az bildirir ki, açılış nitqi ilə çıxış edən universitetin rektoru Asif Hacıyev layihənin önəmindən, internet məkanında Azərbaycanın milli maraqlarının qorunmasından söhbət açıb və layihə iştirakçılarına uğurlar arzulayıb. Daha sonra “2016-2017-ci illərdə Azərbaycan dilli Vikipedianın zənginləşdirilməsi proqramı”-nın rəhbəri Nihad Allahyarlı çıxış edərək hal-hazırda qloballaşan dünyada gənclərin internet resurlarından səmərəli istifadə etməsinin önəmindən bəhs etdi, həmçinin Azərbaycan dilli Vikipediya ilə bağlı görülən işlərdən və prioritetlərdən bəhs etdi. Daha sonra öz növbəsində layihənin qonaqları “Hajizade Group” şirkətinin direktoru Əli Hacızadə, azxeber.com xəbər portalının baş direktoru Əfsələddin Ağalarov və “Wikipedia Azərbaycan” Cəmiyyətinin idarə heyyətinin üzvü Səfər İbrahimov çıxış ediblər.

Qeyd edək ki, “WikiTəlim” layihəsinin qarşısında duran vəzifələr Vikipedianın Azərbaycan dilində zənginləşdirilməsi prosesinə xidmət etmək, Azərbaycan həqiqətlərin dünyaya çatdırmaq, gənclərin bu prosesdə iştirakın genişləndirmək və erməni diasporasının anti Azərbaycançı addımlarının qarşısın almaqdır.

Layihə 9-11 fevral tarixlərində Bakı Slavyan Universitetində davam edəcək.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə