“Windows 10 bir ayda 75 milyon qurğuda quraşdırılıb”

27-08-2015 / 10:12

Windows 10 əməliyyat sistemi bir ay ərzində dünyada 75 milyondan çox qurğuda quraşdırılıb.

Xeberler.az-ın məlumatına görə,  bu barədə Microsoft Azərbaycanın vitse-prezidenti Yusif Mehdi məlumat verib.

İlk günlərdə orta hesabla 162 quraşdırma həyata keçirilib.

Əməliyyat sistemi çıxdığı ilk gündən 9  gün sonra quraşdırmaların sayı 27 milyona, 2,5 həftədən sonra 53 milyona çatıb. “Microsoft” nümayəndələri Windows 10 ilə uyğunluq təşkil edən qurğuların sayının kəskin artmasını bildirirlər. Belə ki, 90 min müxtəlif noutbuk və planşet modeli yeni əməliyyat sisteminədək yenilənib və yenilənməni bütün yeni istifadəçilər almaqda davam edir. Bu səbəbdən yaxın vaxtlarda əməliyyat sisteminin nüfuzetmə səviyyəsinin azalmasını gözləməyə dəyməz.

Hesabat dövründə Windows əlavələr mağazasından yükləmələrin sayı Windows 8 mağazası üçün analoji göstərici ilə müqayisədə 6 dəfə artıb.

ABŞ istehsalçısı yaxın üç ildə Windows 10-un 1 milyard dəfə quraşdırılmasına nail olmaq niyyətindədir. Hazırda əməliyyat sisteminin “Home” və “Pro”, eləcə də "Enterprise” və “Education” versiyalarını yükləmək olar.

Korporasiya həmçinin Windows 10 üçün Threshold 2 adlanan və cari ilin oktyabrında təqdim ediləcək ilk yenilənmə üzərində iş aparır. Əməliyyat sisteminin smartfonlar üçün versiyasının da payızda çıxacağı gözlənilir.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə