Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

29-07-2015 / 11:17

Bu gün dünyada yeni Windows 10 əməliyyat sisteminin satışına başlanılıb.

Xeberler.az Microsoft korporasiyasına istinadən verdiyi məlumata görə, 2014-cü ilin sentyabrında təqdim edilən Windows 10 sisteminin son 14 ildə versiyaları oktyabr-noyabrda çıxıb, lakin bu dəfə korporasiya payızı gözləməmək qərarına gəlib.

Windows 7 və Windows 8.1 sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərdə yeni platformanı il ərzində pulsuz quraşdırmaq mümkün olacaq. Digər qurğular üçün nəzərdə tutulan Windows 10-nun bazara sonradan çıxarılacağı gözlənilir. Korporativ versiyalarda - Windows 7 korporativ, Windows 8/8.1 korporativ və Windows RT/RT 8.1 korporativdə yenilənmələr pulsuz olmayacaq.

Microsoft-un əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayersonun sözlərinə görə, Windows 10-nun quraşdırılacağı qurğuların sayı 2018-ci maliyyə ilinədək 1 milyardı ötəcək.

Bildirilir ki, Windows 10-da əvvəlki Start menyusu yenidən yer alacaq və Cortana səsli köməkçisi quraşdırılacaq. Onu səsli və ya mətnli komandalar vasitəsi ilə idarə etmək mümkün olacaq. Cortana həmçinin istifadəçinin Windows sistemli müxtəlif qurğularda işi bərpa etməyə imkan verəcək.

Windows Hello biometrik identifikasiya sistemi kompüterə şəxsi mobil qurğularda biometrik autentifikasiyanın köməyi ilə parolsuz daxil olmağa imkan verəcək. Yeni platformada daha bir yenilik Office 2016 ofis əlavəsi və Microsoft Edge brauzerinin quraşdırılmasıdır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə