Windows 10 əməliyyat sistemində 20 illik boşluq tapılıb

05-08-2016 / 10:50

Təhlükəsizlik məsələləri üzrə ekspertlər Windows 10 Anniversary Update adlı ən yeni yeniləmə paketində ilk dəfə 1997-ci ildə təsvir edilmiş təhlükəli boşluğu aşkar ediblər.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki,  təhlükəsizlik sistemində boşluq sayəsində hakerlər istifadəçilərin məlumatlarına müdaxilə edə bilir.

Qeyd edilib ki, fayl, printer və başqa şəbəkə resurslarına uzaq məsafədən giriş üçün tətbiq edilən Server Message Block (SMB) şəbəkə protokolunda boşluq qeydə alınıb. Sözügedən boşluq hakerlərin sistemə müdaxilə etməsinə, "Microsoft" hesabı üçün loqin və parolu ələ keçirməsinə imkan verir.

Əvvəllər sözügedən boşluğa ciddi əhəmiyyət verilmirdi. İndi daha çox insan Microsoft hesabından istifadəyə əsaslanan məhsullardan istifadə edir. Ekspertlər məlumat veriblər ki, Chrome, Firefox və digər populyar brauzerlər bu problemdən sığortalanıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.