Windows 10 İnternetin sürətini zəiflədə bilər

30-07-2015 / 13:47

Windows 10 əməliyyat sisteminin İnternetlə yayılması şəbəkə avadanlığı və rabitə kanallarında artıq yüklənməyə səbəb olur.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, WCCF tech şirkətinin ekspertləri platformanın işıq üzü görməsinin və kütləvi şəkildə yüklənməsinin dünyada İnternetin sürətində problemlər yarada biləcəyini istisna etmirlər.

Microsoft korporasiyası yenilənmələrin problemsiz paylanması üçün bütün iri şəbəkələrdə 40 Tbayt/saniyə tutumlu kanal ehtiyat edib. Lakin artıq iyulun 28-da gündüz bu kanalda yüklənmə 10 Tbayt/saniyəni ötüb və yeni regionlara qoşulduqca artmaqda davam edir.

Ekspertlərin fikrincə, Windows 10 sayəsində Microsoft İnternet trafikinin həcmində rekord göstəriciyə nail olacaq. Onlar əmindir ki, həftə ərzində şəbəkədə yüklənmə çox yüksək olacaq və istifadəçilər İnternetdə yükləmələr zamanı fasilələrin yaranması və sürətin azalması ilə rastlaşa biləcəklər.  

Qeyd edək ki, yeni Windows 10 əməliyyat sisteminin satışına iyulun 29-da başlanılıb.

Windows 7 və Windows 8.1 sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərdə yeni platformanı il ərzində pulsuz quraşdırmaq mümkün olacaq. Digər qurğular üçün nəzərdə tutulan Windows 10-nun bazara sonradan çıxarılacağı gözlənilir.

Korporativ versiyalarda - Windows 7 korporativ, Windows 8/8.1 korporativ və Windows RT/RT 8.1 korporativdə yenilənmələr pulsuz olmayacaq.

Microsoft-un əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayersonun sözlərinə görə, Windows 10-nun quraşdırılacağı qurğuların sayı 2018-ci maliyyə ilinədək 1 milyardı ötəcək.

Windows 10-da əvvəlki Start menyusu yenidən yer alacaq və Cortana səsli köməkçisi quraşdırılacaq. Onu səsli və ya mətnli komandalar vasitəsi ilə idarə etmək mümkün olacaq. Cortana həmçinin istifadəçinin Windows sistemli müxtəlif qurğularda işi bərpa etməyə imkan verəcək.

Windows Hello biometrik identifikasiya sistemi kompüterə şəxsi mobil qurğularda biometrik autentifikasiyanın köməyi ilə parolsuz daxil olmağa imkan verəcək. Yeni platformada daha bir yenilik Office 2016 ofis əlavəsi və Microsoft Edge brauzerinin quraşdırılmasıdır.

 

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə