Windows 10 köhnə əməliyyat sistemini geridə qoydu

08-06-2015 / 12:17

Ötən həftə  bir çox yenilikləri ilə fərqlənən Windows 10 əməliyyat sistemi haqqında yeni bir məlumat ortaya çıxıb. Türkiyə ATM Sənaye Dərnəyi, Windows 10-un təqdim olunmasından bir müddət sonra, Türkiyədəki bütün ATM-lərin bu əməliyyat sisteminə keçəcəyini açıqlayıb.

Hazırda dünya səviyyəsindəki ATM-lərin 95 faizi Windows XP əməliyyat sistemindən istifadə edir.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, ölkəmizdə də etibarlı olan bu vəziyyət, artıq təhlükəsizlik və performans baxımından çətinliklərin yaranmasına gətirib çıxaracaq. Windows XP-ə verilən dəstəyin dayandırılması və sistemin açıqlarının düzəldilməməsi, potensial hücumlara qarşı ATM-ləri müdafiəsiz vəziyyətdə qoyur. Bütün bunların qarşısını almaq üçün Windows 10-un çıxışından sonra əməliyyat sistemində bir neçə yenilənmələrin olması yaranan çətinlikləri aradan qaldıracaq və bununla da sistemə keçid başlayacaq.

Dərnəyin verdiyi digər bir məlumat da açıq əməliyyat sistemləri haqqındadır. ATM-lərdə AndroidLinux əsaslı əməliyyat sistemlərini də sınamaq istəyən dərnək, bu mövzuda da ciddi işlərə başlayıb. Səbəbi isə, Linux kimi sistemlər əsas kodlara birbaşa giriş təmin etdiyi üçün həm təhlükəsizlik baxımından, həm də lisenziya haqqının olmamasıyla olduqca alternativ sistemlərdəndir.

                                                                                   

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə