Windows 10 kompüteri avtomatik bağlayacaq

13-01-2017 / 15:34

 Microsoft korporasiyası Windows 10 əməliyyat sisteminə istifadəçi fərdi kompüterdən uzaqlaşanda onu avtomatik bloklamağa imkan verəcək Dynamic Lock adlanan funksiya üzərində çalışır.

Xeberler.az  RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, funksiya yeni sınaq Windows 10 Microsoft quraşdırmasında yer alıb. Əməliyyat sistemi istifadəçinin iş yerini tərk etməsini aşkarladığı halda kompüteri avtomatik bağlayan Dynamic Lock funksiyasının adının gələcəkdə Windows Goodbye olacağı ehtimal edilir.

Hazırda istifadəçinin kompüterin qarşısını tərk etməsinin necə müəyyənləşdirilməsi barədə məlumat verilmir. Bu, yaxınlaşma ötürücülərinə əsaslanma və ya kompüterin istifadəçiyə Windows Hello vasitələri ilə quraşdırılmış kamera ilə nəzarət edəcəyilə mümkündür.

Funksiyanın kompüterdə məxfi informasiya saxlayan və tez-tez ondan uzaqlaşan ofis işçiləri üçün faydalı olacağı bildirilir.  

Dynamic Lock funksiyasının təqdim edilməsi bu ilin aprelində gözlənilən gələcək Windows 10 Creators Update yenilənməsinin tərkib hissəsi olacağı gözlənilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə