Windows 10 “onuncu və sonuncu” əməliyyat sistemi olacaq

12-05-2015 / 15:39

Bir zamanlar hər yeni versiyası ilə reytinq qazanan Windows əməliyyat sisteminin davamı olmayacaq.

Xəbərlər-in verdiyi məlumata görə, Microsoft şirkətinin səlahiyyətlilərindən Jerry Nixon Windows 10 əməliyyat sistemindən sonra Windows-un yeni bir versiyasının hazırlanmayacağını söyləyib.

Bunun əvəzində Windows 10 nizamlı olaraq yenilənəcək.

Nixonun keçən həftə Microsoft-un Çikaqodakı konfransında söylədiyi bu sözlər şirkət tərəfindən də təsdiqlənib.

Microsoft yazılı şəkildə bildirərək "Windows artıq davamlı olaraq yeniliklər və yenilikləri təqdim edən bir sistemə çevriləcək" dedi.

"Onuncu və sonuncu" Windows əməliyyat sistemi Windows 10-un hələ də sınaq məqsədli versiyaları istifadə edilir. Sistemin bu yaxınlarda bazara çıxarılması gözlənilir.

Niyə Windows 9 yox?

Microsoft-un işlərini qiymətləndirən Gartner şirkətinin səlahiyyətlilərindən Steve Kleynhans daha əvvəl Windows distributivlərini ardıcıl rəqəmlərlə bazara çıxaran şirkətin Windows 9-u xüsusilə keçdiyini ifadə edib.

Kleynhans-a görə, firmanın birbaşa Windows 10-a keçməsi "keçmiş sistem ilə əlaqəni kəsdiyini" göstərməyi məqsəd qoyur.

Kleynhans "Təxminən olaraq hər üç ildə bir Microsoft bir sonrakı əməliyyat sistemini hazırlamağa başlayardı. Bunun nəticəsində ortaya çıxan məhsul isə ancaq  üç il əvvəldəki tələbləri qarşılardı. Artıq bu dövr bitir" deyib.

Steve Kleynhans məlumatında "Bu, Windowsun sonu mənasını vermir, əksinə Windows yenilənmələrinin sürətli bir inkişaf dövrü gəlirbildirib.

Ağasəf Haqverdiyev

                                                                                     


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə