Windows 10-u necə sürətləndirmək olar?

16-11-2015 / 11:00

Bir çox  kompüter istifadəçiləri əməliyyat sisteminin məhsuldarlıq baxımından zəif işləməsindən narahatdırlar. Lakin bu problemin də həlli yolları var. Belə ki, kompüterdə əməliyyat sisteminin məhsuldarlığını artırmaq və daha sürətli əməliyyatları yerinə yetirməsi üçün bir neçə funksiyalarda dəyişiklik etmək lazımdır.

Xeberler.az olaraq  Windows 10 əməliyyat sisteminin məhsuldarlığını artıracaq funksiyaları təqdim edirik:

Windows 10 üçün minimum sistem tələbləri bunlardır:

  • Minimum 1 GHZ takt tezlikli PAE, NX və SSE2 dəstəkli prosessor
  • 32 bit arxitekturalı prosessor üçün 1 GB RAM, 64 bit arxitekturalı prosessor üçün isə 2 GB RAM
  • 32 bit arxitekturalı prosessor üçün 16 GB boş yaddaş sahəsi, 64 bit arxitekturalı prosessor üçün isə 20 GB boş yaddaş sahəsi
  • WDDM drayverlərinə malik DirectX 9 dəstəkli ekran kartı

Kompüteriniz sadaladığımız bu sistem tələblərini dəstəkləyirsə, Windows 10 əməliyyat sistemini rahatlıqla istifadə edə bilərsiniz. Həmçinin Windows 10 əməliyyat sisteminin fəaliyyətini daha da genişləndirmək  üçün bir neçə funksiyalarda dəyişiklik etməlisiniz:

Lazımsız proqramları silmək

Bloatware adı verilən tətbiqləri yəni əməliyyat sisteminin tərkibində olan tətbiqləri və istifadə etmədiyiniz proqramları silmək lazımdır. Proqramları silmək üçün Parametrlər > Sistem > Proqramlar və xüsusiyyətlər bölməsinə daxil olmalısınız.

 

Başlanğıc proqramları deaktiv etmək

Başlanğıc proqramlarının deaktivasiyası əməli yaddaşa yüklənən proqramların qarşısını alır və beləliklə, əməli yaddaşda əməliyyatlar daha sürətli olur. Belə proqramları deaktiv etmək üçün "Tapşırıq" menecerindən "Başlatma" bölməsinə daxil olmalısınız.

 

Diski təmizləmək

Diski həftədə bir dəfə təmizləyərək internetdən avtomatik yüklənən ActiveX elementlərini və Java proqram fayllarını silmək mümkündür. Axtarış bölməsində "Diski təmizlə" yazaraq diskdəki lazımsız faylları silə bilərsiniz.

  

 

Viruslara qarşı nəzarət etmək

Kompüterin sürətini zəiflədən əsas amillərdən biri də viruslar və zərərli proqramlardır. Ən əsası da antivirusu daim yeniləmək lazımdır.

 

Enerji təminatından maksimum istifadə etmək

Bu funksiya daha çox enerji tükətsə də, kompüterinizin işləmə sürətini maksimum səviyyəyə yüksəldəcək. Bu funksiyadan istifadə etmək üçün İdarəetmə paneli > Sistem və təhlükəsizlik > Enerji seçimlərinə daxil olaraq "Yüksək məhsuldarlıq seçmək lazımdır.

 

 

Sistem parametrlərini dəyişmək

İdarəetmə paneli > Sistem və təhlükəsizlik > Sistem > Təkmil sistem parametrləri > Performance bölməsinə daxil olaraq kompüterinizdə əməli yaddaşdan istifadə edən parametrləri seçiminizə uyğun və ya avtomatik olaraq dəyişə bilərsiniz.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.