Windows 7 adını dəyişməyəcək

14-10-2008 / 16:50

Microsoft-un Windows məhsulunun korporativ vitse-prezidenti Mayk Neş yeni Windows əməliyyat sisteminin  rəsmi adını açıqladı. Sistem Windows 7 adlanacaq.

Şirkət əməliyyat sisteminin hansı tarixdə çıxdığını adda qeyd etməyin düzgün olmadığını vurğulayıb. Çünki Microsoft hər il yeni Windows təqdim etmir. Eləcə də XP və ya Vista kimi sözlərin də istifadəsini düzgün hesab etmir. Belə ki, əməliyyat sistemi şirkətin nail olmaq istədiyi konsepsiyanı tam olaraq əks etdirmir. Onun sözlərinə görə yeni əməliyyat sistemi yarandığı gündən yeddincidir, ona görə də, yeni sistem Windows 7 kimi təqdim olunur.

Microsoft Windows 7 əməliyyat sisteminin beta versiyasını PDC 2008 konfransında təqdim edəcək. Windows 7-nin yaradılması 2010-cu ilə planlaşdırılırdı. Lakin hazırda 2009-cu ilin ikinci yarısında çıxacağı haqda məlumatlar yayılır.


 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə