Windows 7-nin satış tarixi bəlli oldu

04-06-2009 / 09:17

Microsoft Windows 7 əməliyyat sisteminin satışa çıxarılması bu ilin oktyabr ayının 22-nə nəzərdə tutulub. Bu barədə Microsoft-un vitse-prezidenti Bill Veqte bildirib.

B.Veqte qeyd edib ki, oktyabrın 22-də satışda Windows 7 ilə təchiz olunmuş kompüterlər olacaq. Bu tarixdən etibarən istifadəçilər əməliyyat sisteminin ayrıca disklərdə təqdim olunmuş versiyalarını əldə edə biləcəklər.

Windows 7 üzərində işlər 2009-cu ilin iyul ayının sonuna kimi başa çatacaq. Bundan sonra ƏS-nin yeni kompüterlərdə quraşdırılması üçün nəzərdə tutulmuş versiyaları kompüter istehsalçılarına göndəriləcək.

Qeyd edək ki, Windows 7 əməliyyat sisteminə hazırlıq işləri 2007-ci ildə başlanılmışdır. İlk dəfə o, 2008-ci il 28 oktyabr tarixində nümayiş etdirilmişdir. May ayında isə Microsoft-un saytında Windows 7-nin tam hazır variantına namizəd versiyası (release-candidate) yerləşdirilmişdir. Versiyanı istənilən istifadəçi yükləyə bilər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə