Windows 8 istifadəçilərinin yarısını itirdi

25-05-2015 / 13:29

Microsoft-un böyük ümidlər bəslədiyi Windows 8, istifadəçilər tərəfindən 2012-ci ildə həyəcanla qarşılansa da, bu həyəcan özünü doğrultmadı.

Belə ki, yeni əməliyyat sistemi Windows XP və Windows 7 istifadəçilərini razı salacaq qədər mükəmməl olmadığına görə, geniş istifadəçi əhatəsinə sahib ola bilmədi.

Windows 8.1 versiyası 2013-cü ildə təqdim olunduqdan sonra daha da zəifləyərək Windows-un ən uğursuz məhsulları arasında yer aldı.

Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə, əməliyyat sistemi xüsusilə 2014-cü ildə daha da zəifləyərək, son 12 ayda istifadəçilərinin yarısını itirib.

Windows 7 və ya Windows 8  istifadə edən istifadəçilərə Windows 10-un pulsuz təqdim olunacağı bildirilib. Bütün bunlar da Windows 8 əməliyyat sisteminin zəifləməsinə və istifadəçilərini tamamilə itirməsinə təsir göstərib.

Əməliyyat sisteminin istifadəçilərini itirməsi Microsoft -u Windows 10-u səhvsiz təqdim etməyə vadar edib. Windows 10 isə hələki istifadəçilər tərəfindən müsbət qarşılanır.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə