“Windows Phone 7”nin ilk yenilənməsi buraxılıb

23-02-2011 / 21:59

“Microsoft” korporasiyası “Windows Phone 7” mobil əməliyyat sisteminin ilk yenilənməsini təqdim edib.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu versiyada şirkət mobil əməliyyat sisteminin yenilənmə mexanizmini təkmilləşdirib. Mətnin sürətinin alınmasına dair gözlənilən funksiyalar cari yenilənmədə öz əksini tapmayıb. Çox güman ki, bu imkan əməliyyat sisteminin 2011-ci ilin yay aylarında buraxılacaq növbəti yenilənməsində təqdim olunacaq. Yenilənməni tətbiq etmək üçün “Windows Phone 7” ilə işləyən smartfonu USB-kabel vasitəsilə kompüterə qoşmaq lazımdır. Yenilənmə tədricən “Windows Phone 7” bazasında bütün smartfon sahiblərinə təqdim olunacaq.


“Windows Phone 7” platforması 2010-cu ilin oktyabr ayında rəsmi təqdim olunub. Onun üzərində ilk modellər həmin ayda satışa çıxarılıb. Ümumilikdə “Microsoft” tərəfindən bu əməliyyat sisteminin tətbiqinə dair istehsalçılara iki milyondan artıq lisenziya satılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə