“Windows Phone 7”nin təqdim olunacağı vaxt açıqlandı

06-10-2010 / 09:04

“Microsoft” korporasiyası yeni “Windows Phone 7” mobil platformasının təqdim olunacağı tarixi açıqlayıb.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ‘Windows Mobile 6.5” platformasını əvəz edəcək yeni mobil əməliyyat sistemi bu il oktyabr ayının 11-də təqdim olunacaq.

Nyu-York şəhərində təşkil olunacaq təqdimat mərasimi çərçivəsində əməliyyat sistemi ilə birgə “Microsoft” tərəfindən xüsusi olaraq “Windows Phone 7” üçün işlənib hazırlanmış bəzi proqramlar da nümayiş etdiriləcək. Eyni zamanda oktyabrın 11-də “Windows Phone 7” bazasında yığılmış ilk smartfonların rəsmi təqdim olunacağı gözlənilir. Telefonların təqdimatı ABŞ-ın “AT&T” GSM-operatoru ilə birgə keçiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə