“Windows Phone 8.1” platformasında bildiriş mərkəzi və səs köməkçisi olacaq

17-12-2013 / 11:33
“The Verge” resursu yazır ki, “Windows Phone 8.1” platformasında bildirişlər mərkəzi və interaktiv səs köməkçisi kimi bir çox faydalı yeniliklər gözlənilir.
Hazırda şirkətin mütəxəssisləri “Windows Phone 8.1” platformasının müxtəlif daxili quraşdırılmalarını sınaqdan keçirirlər. “Microsoft” korporasiyası dəyişikliklərin tam siyahısını gələn ilin aprelində keçiriləcək tərtibatçılar üçün növbəti “Build” konfransında təqdim edəcək.
Ən əhəmiyyətli yeniliklərdən biri bildirişlər mərkəzi olacaq və o, “Android” və ya “iOS” sistemlərindəki oxşar prinsip üzrə işləyəcək.
Digər əhəmiyyətli yenilik “Cortana” virtual səs köməkçisi olacaq. Bildirilir ki, “Microsoft” artıq bir neçə aydır onu sınaqdan keçirir. O, “Bing” axtarış sisteminin mövcud səs axtarışını əvəz edəcək.(ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə