Windows Server 2003 sisteminin dəstəyi dayandırıldı

14-07-2015 / 16:08

Microsoft bu gündən etibarən Windows Server 2003 əməliyyat sisteminin dəstəyini dayandırdı.

Xeberler.az xarici mətbuata istinadən xəbər verir ki, dəstəyin dayandırılması, yenilənmələrin və yeni proqram paketinin təqdim olunmaması deməkdir.  Həm də bu əməliyyat sistemini istifadə edənlərdə təhlükəsizliklə bağlı problemlər yaranacaq.

Qeyd edək ki, təşkilatlar və dövlət qurumları Windows Server 2003-dən istifadəni dayandırmasalar, məlumat bazalarını riskə atmış olacaqlar.

Sabahdan etibarən Windows Server 2003 istifadə edən qurumlar təhlükəsizliklə və sistemə uyğunlaşma ilə bağlı problemlərlə rastlaşacaqlar.

Analitiklər bununla bağlı Windows Server 2012 əməliyyat sistemindən istifadə etməyi  tövsiyə edir.

                                                                                               Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə