Windows sistemi ilə işləyən kompüterlər təhlükə altındadır

24-09-2018 / 12:41

“Zero Day Initiative”in kibertəhlükəsizlik sahəsində mütəxəssisləri tərəfindən 4 ay bundan əvvəl “Windows” əməliyyat sistemində aşkar edilmiş “sıfır günü” boşluğu hələ də “Microsoft” tərəfindən aradan qaldırılmayıb. Bu haqda mütəxəssislər öz saytında məlumat veriblər.
 
Xeberler.az  ICTnews Elektron Xəbər Xidmətinə əsasən bildirir ki, “Microsoft JET Database Engine” verilənlər bazasının mexanizmində aşkar edilmiş boşluğu aradan qaldırmaq üçün “Microsoft” korporasiyasına daha 120 gün müddət vaxt verilib.
 
Bu boşluq nəticəsində hakerlər kompüterin koduna müdaxilə edə və qurğuya virus quraşdıra bilər.
 
Müdaxilə təhlükəsi “Windows 7” sistemində aşkar edilib, ancaq ekspertlər bütün əməliyyat sistemlərinin bu boşluq qarşısında dayanıqsız olduğunu istisna etmir. Oktyabrda “Microsoft” şirkətindən yeniləmə gözlənilir.
 
Mütəxəssislərin məlumatına görə, hakerlər artıq bu boşluqdan istifadə edərək ABŞ, Rusiya, Ukrayna, Almaniya, Polşa, Böyük Britaniya və başqa ölkələrin istifadəçilərinə hücum ediblər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.