Windows-un oktyabr yeniləməsində yeni boşluq aşkar edilib

23-10-2018 / 15:06

“Windows” sisteminin oktyabr yeniləməsində faylların silinməsinə səbəb olan yeni boşluq aşkar edilib.

“Reddit” istifadəçiləri bildiriblər ki, bu problem “zip” formatlı arxivin sistemə inteqrasiya edilmiş alətlərin köməyi ilə açılması vaxtı yaranır. Eyni adlı arxivi yenidən açarkən əməliyyat sistemi adətən istifadəçidən fayllar üzərində hansı əməliyyatı (yenidən yazmaq və ya faylların adını dəyişdirmək) etməyi soruşur. İndi isə sistem belə fayllar mövcud olduqda ya arxivi açmır, və ya istifadəçidən soruşmadan faylları yenidən yazır.
 
“Microsoft” artıq bu problemin mövcudluğunu etiraf edib və 2019-cu ilin əvvəlində təqdim olunacaq növbəti yeniləmədə onu aradan qaldırmağa dair söz verib. Həmçinin istifadəçilər qeyd ediblər ki, yalnız “Windows”un öz aləti arxivi açdıqda belə problem yaranır. Kənar proqramlar heç bir problem olmadan işləyir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.