Windows versiyaları üçün yeniləmə təqdim olunub

22-07-2015 / 11:45

Windows 7, Windows 8 və hətta Windows 10-un beta versiyasında tapılan böyük bir açıq kod üçün vacib yeniləmə təqdim edilib.

Xəbərlər-in Microsoft-un rəsmi saytına istinadən verdiyi məlumata görə, Windows 7, Windows 8 və iyulun 29-da son versiyası təqdim olunan Windows 10 üçün əhəmiyyətli açıq kod aşkar edilib. Bu açıq kod  üçün hər bir istifadəçinin sözügedən yeniləməni yükləməsinin vacib olduğunu bildirilib.

Windows-un Təhlükəsizlik Mərkəzinin səhifəsində paylaşılan məlumata görə, bu kritik açıq hazırda Windows Vista, Windows Server 2008Windows 7Windows 8Windows RT 8.1Windows 10 əməliyyat sistemlərində mövcuddur. Şriftlər arasında mövcud olan OpenType tiplərdə tapılan açıq kod xakerlərin sistemə daxil olmasını asanlaşdırır.

Hacking Team tərəfindən aşkar olunan bu açıq kodun qarşısını almaq üçün  bu linkdən istifadə edə bilərsiniz.

                                                                                   Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.