Windows Vista SP2 hazırdır

01-05-2009 / 16:00

Microsoft şirkəti Windows Vista üçün yenilənmə paketi Service Pack 2 (SP2) üzərində işi bitirib.

Bu barədə Microsoftun bloqunda məlumat yayılıb. Vista SP2`nin tam versiyası bu yaxınlarda buraxılacaq. SP2 yenilənmələr paketində Windows Vista və eləcə də Windows Vista SP1 buraxılandan sonra tapılan boşluqlar düzəldilib.

Qeyd edək ki, SP1 yenilənmə paketi 2008-ci ilin yazında buraxılmışdı. Vista SP2-də olan yeniliklər daxilində yeni axtarış mexanizmi və Bluetooth 2.1 Feature Pack göstərilir. Bununla yanaşı yeni paketdə Blu-ray və Wi-Fi ilə iş bir qədər sürətləndirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə