Windows XP azı 2010-cu ilə qədər yaşayacaq

19-01-2009 / 15:18

Intel şirkətinin mobil şöbələrindən sızan məlumatlara görə, Microsoftla Windows XP əməliyyat sisteminin ömrünü uzatmaq barədə razılıq əldə olunub. Uzadılacaq müddət olaraq isə 2010-cu il bildirilir. İş orasındadır ki, Windows Vista özünün ən sadələşdirilmiş versiyasında belə qurğulardan böyük həcmdə güc tələb edir. Buna görə də netbuklarda və kiçik ölçülü kompüterlərdə Windows XP sistemindən istifadə daha sərfəlidir.

Microsoft isə çox güman ki, gələcəkdə netbuklarda Windows XP-ni Windows 7-nin sadələşdirilmiş versiyası ilə əvəzləməyi planlaşdırır. Lakin bu hələ plandır. Ola bilsin ki, netbuklar üçün Windows 7 yalnız kompüterlərin istehsalçılarına veriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə