“Windows XP” istifadəçiləri üçün qiymətlər bahalaşıb

24-02-2015 / 12:03

“Microsoft” korporasiyası "Windows XP” əməliyyat sisteminin rəsmən dəstəklənməsini on ay əvvəl dayındırsa da, ondan həm istehlakçılar, həm də korporativ müştərilər istifadə etməkdə davam edir. Lakin köhnəlmiş platformadan istifadə qiyməti bahalaşıb.

Belə ki, “Windows XP” istifadəçiləri üçün "Custom Support Agreement” (CSA) xüsusi proqramının qiyməti bir kompüter üçün 400 dollar təşkil edəcək ki, bu da hazırkı qiymətdən iki dəfə bahadır.

“CSA” abunəçiləri “Windows XP” üçün əsas yeniləmləri hələ də fərdi qaydada alırlar. “Microsoft” proqramı əməliyyat sisteminə tələbatın olması ilə əlaqədar tətbiq edib.

“Net Applications” analitiklərinin məlumatına görə, 2015-ci ilin yanvarında “Windows XP” “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlərin 20,7 faizində quraşdırılıb ki, bu da təxminən 300 milyon qurğuya uyğundur.

İnformasiya təhlükəsizliyi məsələləri ilə məşğul olan “Secunia” şirkətinin nümayəndələri bildiriblər ki, “Windows XP”nin dünya fərdi kompüterlər bazarında payı 15 faizi ötür. “StatCounter” servisi bu göstəricinin 12 faiz səviyyəsində olduğunu açıqlayıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.