Windows yeni sosial şəbəkə yaradır

01-11-2016 / 17:44

Microsoft korporasiyası bu yaxınlarda Windows 10 əməliyyat sistemini tam yeniləyərək istifadəçilərə kompüter ekranında seçilmiş kontaktları yerləşdirməyə imkan verən MyPeople funksiyasını istifadəyə verəcək.

Xeberler.az AZƏRTAC-a istinadən məlumat  verir ki, ABŞ korporasiyası nümayəndələrinin fikrincə, bu, başqa insanlarla həm elektron poçt, həm də digər əlavələr vasitəsilə rabitə əlaqəsi qurmağı asanlaşdıracaq.

MyPeople funksiyası vacib kontaktları seçərək onların şəklini əməliyyat sistemi panelində göstərəcək, eləcə də şəkilin üzərinə faylı gətirərək onu poçt bildirişi və ya Skype vasitəsilə göndərmək mümkün olacaq.

Məlumata görə, elektron poçt əlavəsi və ya Skype-a gələn bildirişlərin çeşidlənməsi qaydasında da dəyişikliklər gözlənilir. Bundan sonra seçilmiş kontaktlardan alınan bildirişlər daha yüksək prioritetə malik olacaq və başqalarından yuxarıda göstəriləcək.

MyPeople dərhal bir neçə əlavə ilə işləməyə imkan verərək kontaktları eyni anda cavablandırmağa imkan verəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə