Word proqramında təhlükəli boşluqlar tapılıb

15-04-2017 / 13:22

FireEye şirkətindən olan informasiya təhlükəsizliyi üzrə mütəxəssislər bildiriblər ki, Microsoft Word proqramının bütün variantlarında "sıfırıncı gün" boşluğu aşkar edilib.

Xeberler.az cert.gov.az-a istinadən məlumat verir ki, təşkilatın saytında deyilir ki, problem istifadəçilərin kompüterinə zərərli proqram təminatı yükləməyə imkan verir.

Hücumun keçirilməsi üçün cinayətkarların istifadəçilərə elektron poçt məktublarını qoşma şəklində yayılan zərərverici RTF-sənəd göndərmək kifayətdir.

Daha sonra Basic Visual şrifti yerinə yetirilir, hansı ki, nəticədə hakerlərə zərərli proqram təminatı yükləməyə və hücum qurbanının kompüteri üzərində nəzarəti ələ almağa imkan verir.

 Bu mövcud boşluq bütün qoruyucu tədbirlərdən yan keçməyə imkan verir. Bu zaman digər bu cür hücumlardan fərqli olaraq, bu halda makrosun işə salınması tələb olunmur.

O, Windows Əməliyyat Sisteminin bütün versiyalarında, həmçinin Windows 10 yüklənmiş kompüterlərdə çalışır.

Microsoft problemin mövcudluğu haqda artıq məlumatlandırılıb və xüsusi patç 11 aprel "çərşənbə axşamı yenilənmələri" çərçivəsində buraxıla bilər.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.