WoWoman Azerbaijan 3 yaşını qeyd edib-Foto

20-02-2018 / 17:03

Pullman Hotel-də WoWoman Azerbaijan platformasının 3 yaşına həsr olunmuş tədbir keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirə həm dövlət, həm də özəl olmaqla müxtəlif sahələrin nümayəndələri, fikir liderləri, mediya və platforma üzvləri ilə birgə 400-dən çox qonaq iştirak edib.

Tədbirin sponsoru isə AzerTurk Bank olub.

Tədbirdə qeyd edilib ki, fəaliyyətinə sıfırdan başlamış təşkilat qısa müddət ərzində böyük inkişaf səviyyəsinə çatmaq, Google və Microsoft kimi şirkətlərlə əməkdaşlıq etmək, habelə Qırğızıstan və Pakistanda nümayəndəlik təsis edib.

Bundan əlavə, WoWoman Stanford, MIT, Harvard, Almaniyada keçirilmiş TEDx, Estoniyada keçirilmiş Latitude59 və Ukraynada keçirilmiş Impact Hub kimi tədbirlərdə dünya arenasında təqdim olunub.

“Bütün bunların xarici investisiya olmadan, cəmiyyətimiz üçün faydalı və lazımlı işlər görəməyə böyük həvəsi olan könüllülərdən ibarət komanda səyəsində ərsəyə gəldiyinə çoxları inanmır. Bu ildən etibarən həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda inkişaf etmək üçün sponsor və tərəfdaşlarla birgə aktiv fəaliyyətə başlayacayıq”, - deyə WoWoman Azerbaijan platformasının təsisçisi Zara Hüseynova bildirib.

Onun sözlərinə görə, ötən il əsas diqqət onlayn maarifləndirməyə yönəlib.

Bu il isə təşkilatın daha qlobal planları var – iddialı WoWoman komandası IT, dizayn, rəqəmsal marketinq, PR, HR və satış, sahibkarlıq kimi sahələrə aid layihələrə, həmçinin iştirakçılarını yeni imkanlarla sevindirməyə fokuslanıb.

İlin ən yaxşı layihəsi adına layiq görülmüş “WoWoman in Me” layihəsinin 2-ci dəfə keçirilməsi, həmçinin Azərbaycanda qadınların səs vermə hüqunun 100 illiyinə həsr olunmuş marafon planlaşdırılır.

Tədbir zamanı həmçinin ilin ən yaxşı təlimçisi, tərəfdaşı və komandasının mükafatlandırma mərasimi baş tutub:

“Bu il başlatdığımız əsas işlərdən biri də üzvlərimizə il ərzində tədbirlərimizdə üstünlüklərdən, həmçinin bizim və tərəfdaşlarımızın təqdim etdiyi endirmlərdən yararlanmaq imkanı verən və hər kəsin səbirsizliklə gözlədiyi üzvlük sistemidir”.

Mart ayının 1-nə kimi kartı endirimlə öncədən sifariş etmək və üstünlükləri haqda məlumatı buradan http://wowoman.org/membership əldə etmək mümkündür”.

Tədbirdə WoWoman platformasının səlahiyyətli PR elçisi olacaq ukraynalı PR ekspert Marina Skripnik bildirib ki, bu il Şərqi Avropa, Yaxın Şərqin bir neçə şəhərləri və hətta Asiyaya belə çatmaq istəyirlər.

Tədbirdən fotolar burada. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.