WOWOMAN “Hər qadın bir qəhrəmandır” sərgisi keçirəcək

25-02-2016 / 14:02

WOWOMAN  Beynəlxalq Qadınlar Günü münasibəti ilə 6-13 mart tarixində Park Bulvar AVM-də " Hər qadın bir qəhrəmandır"  şüarı altında sərgi keçirəcək.

Xeberler.az-ın məlumatına görə,  sərginin məqsədi  iştirakçıları müasir xanım qəhrəmanlarımız və onların maraqlı həyat hekayələri ilə tanış  etməkdir.

 Özünüz və ya ətrafınızda  olan qəhrəmanların hekayələrini paylaşmaq istəyirsənsə, wowoman.org saytına daxil olub, buradan  qeydiyyatdan keçə bilərsiniz.

Ən maraqlı hekayələr wowoman.org saytında yerləşdiriləcək, həmçinin 6-13 mart tarixlərində Park Bulvar AVM-də keçiriləcək sərgidə nümayiş olunacaq.

WOWOMAN qadınların peşəkar və fərdi inkişafı üçün yaradılan platformadır və əsas məqsədi - xanımların özlərini ifadə edəcəkləri, şəxsi və professional bacarıqlarını inkişaf etdirəcəkləri və özlərinə inamı artıracaqları platforma yaratmaqdır.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə