WoWoman platformasının təsisçisi Forbes jurnalının 30under30 siyahısına daxil edilib

14-02-2019 / 10:13

Gənc azərbaycanlı sahibkar, “WoWoman” platformasının təsisçisi Zara Hüseynova Forbes jurnalının Avropada 30under30 siyahısına daxil edilib.

Xeberler.az  bildirir ki, “WoWoman” 4 il bundan qabaq Zara Hüseynova tərəfindən qadınlar üçün yaradılan təhsil platfomasıdır. Bu 4 il ərzində onların proqramlaşdırma və sahibkarlıqdan tutmuş psixoloqlarla görüşlərə kimi müxtəlif mövzulu təlim və kurslarında, ölkəmizin uğur qazanmışkişi və qadın təlimçiləri ilə ilhamverici tədbirlərində 8000-dən çox xanım iştirak edib.

Cəmiyyətə buradan qoşulmaq olar: https://wowoman.org/community/ru 2018-ci ilin oktyabrında MDB ölkələrindən yeganə olaraq WoWoman Facebook tərəfindən dünyanın 100 ən yaxşı cəmiyyət siyahısına daxil edilib. One Young World beynəlxalq konfransında Zara Hüseynova Niderland kraliçası, İrlandiyanın keçmiş prezidenti, Twitter həmtəsisçisi, Nobel mükafatı laureatları, Naomi Kempbel kimi dünya ulduzları və başqaları ilə birlikdə çıxış edərək öz hekayəsini bütün dünya ilə paylaşıb. Çıxış ayaqüstü alqışlanıb. Çıxışı buradan izləyə bilərsiniz:

https://www.facebook.com/wowoman.org/videos/1852035024909727/ 

Bu ilin aprel ayında Zara Hüseynova və onun komandası W.Space adlı yeni layihəni başladırlar.İlham axtaranlar üçün, dostlarla görüşmək, biznes görüşü keçirtmək, kitab və ya yeni layihənin biznes planını yazmaq üçün bu məkan və infrastruktura şəhərin mərkəzində, AF mall-da yerləşir. Xəbərləri sosial şəbəkələrdən və saytdan izləyə bilərsiniz:

https://wowoman.org/company/ru 
https://www.facebook.com/wowoman.org/ 
https://www.instagram.com/wowoman_az/ 

“Bugünki ətrafın sənin sabah kim olacağını müəyyən edir. Ölkənin inkişafı insanların inkişafı deməkdir. Biz inkişaf üçün imkan və məkan yaradırıq, amma bundan nə qədər faydalanacağın sənin şəxsən özündən asılıdır. Bütün rəqəmlər, adlar gözəl səslənir, amma arxasında, təbii ki, zəhmət, bəxt, dəlicəsinə inam, inad və intizam dayanır. Bu işdə bizə köməyi dəyən hər kəsə minnətdarlığımızı bildirmək istəyirəm.”-deyə Zara Hüseynova bildirib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.