www.ushaqlar.az-ın təqdimatı olub

24-06-2011 / 15:41
www.ushaqlar.az saytının təqdimatı olub. Layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən reallaşdırılıb.

Tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova əvvəlcə sayt haqqında ətraflı məlumat verib. Bildirib ki, www.ushaqlar.az saytının tərtib olunmasında məqsəd valideyn və uşaqları faydalı informasiyalarla təmin etməkdir. Sonra sayt ictimaiyyətə təqdim olunub. www.ushaqlar.az saytı 9 əsas bölmədən ibarətdir. Hər bir bölmədə uşaqlarla bağlı qanunvericilik bazası, Azərbaycan uşaqları haqqında statistik göstəricilər, valideyn və uşaqların maarifləndirilməsi üçün materiallar yerləşdirilib. Layihəni yüksək dəyərləndirən millət vəkili Gülçöhrə Məmmədova deyib ki, Azərbaycanda uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir və bu istiqamətdə hazırda onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir. Heydər Əliyev Fondunun da bu sahədə gördüyü işlərdən danışılıb.

Tədbirdə həmçinin təqdimatı keçirilən “Valideyn və mütəxəssislər üçün uşaq inkişafı üzrə tövsiyələr” kitabı haqqında da danışılıb.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə