Xalq Bank onlayn ödənişlərin təhlükəsizliyini artırır

19-11-2015 / 11:17

Xalq Bank plastik kart müştərilərinin internet vasitəsi ilə apardığı ödəmə əməliyyatlarının təhlükəsizliyini artırmaq və internet şəbəkəsində baş verən dələduzluq hallarından qorumaq məqsədi ilə qabaqcıl texnologiyaların imkanlarından istifadəni gücləndirir.

Bankdan Xeberler.az-a verilən məlumata görə, Bankın qoşulduğu “3D Secure” xidmətinin köməyi ilə kart sahibinin autentifikasiyası yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi 3D şifrəsi vasitəsilə AzeriCard prosessinq mərkəzinin mühafizə olunan səhifəsində aparılır.

“3D Secure” təhlükəsizlik standartını dəstəkləyən saytlarda mal və ya xidmətlər üçün ödəniş edən zaman müştəri www.azericard.com səhifəsinə keçir, orada "3D" şifrəsini daxil edir və yalnız şifrənin təsdiqindən sonra ödəniş həyata keçir.

“3D Secure” xidmətinə qoşulmaq üçün kart sahibləri qeydiyyatdan keçməlidir. Bunun üçün müştərilər istənilən bankomatın XİDMƏTLƏR menyusuna daxil olub, ordakı "İB və 3D SECURE PAROLLARI" bölməsini seçməli və birdəfəlik şifrələr qeyd edilmiş çeki çap etməlidirlər. Bankın “SMS-məlumatlandırma” xidmətinə qoşulmuş müştərilərə isə daimi şifrə SMS vasitəsilə göndərilir.

Həmin şifrə həm qeydiyyatdan keçmək üçün, həm də internetdə ödənişlər aparmaq üçün istifadə olunur. Xidməti aktivləşdirmək üçün müştəri səhifəsində qeydiyyatdan keçir və sonra həyata keçirdiyi hər onlayn ödəniş zamanı sistemin tələb etdiyi şifrəni daxil edir. Müştəri bununla ödənişin tam təhlükəsizliyini təmin edir və dələduzluq risklərini minimuma endirir. Ödəniş üçün şifrələr müştərinin seçiminə görə bankomatdan (menyunun “İB və 3D SECURE PAROLLARI” bölməsindən) və yaxud SMS vasitəsi ilə (kart “SMS-məlumatlandırma” xidmətinə qoşulduqda) əldə oluna bilər.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.