Xalq Bankdan Hesab.az istifadəçilərinə yeni imkanlar

21-09-2015 / 14:42

Artıq www.hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları “Dərhal dəyiş” bölməsindəki Xalq Bankın təqdim etdiyi Visa İnternet kartına dəyişib bu kart vasitəsilə internetdə təhlükəsiz və rahat ödənişlər edə bilərlər.

Xeberler.az bildirir ki, bonuslar karta dəyişdirildikdə kart pulsuz təqdim olunacaq və istifadə üçün ilkin mədaxil tələb edilməyəcək.

Xatırladaq ki, Xalq Bankın Visa Classic/MC Standard, Visa/MC Gold, Visa Platinum, Visa İnternet, Dizayn Kart, Visa/MC Business və əmək haqqı kartlarının sahibləri avqust ayının 1-dən etibarən www.hesab.az onlayn ödəniş portalında qeydiyyatdan keçib, kommunal, rabitə, kabel televiziya, mobil operator, internet provayder və digər xidmətlərin haqqını Xalq Bankın kartı ilə ödəyərək ikiqat bonus qazanırlar.

Nəticədə müştərilərimizin www.hesab.az portalında təşkil edilən çoxsaylı aksiya və kampaniyalarda müxtəlif hədiyyə qazanmaq şansı iki dəfə artır.

Xalq Bankın Visa Classic/MC Standard və Visa/MC Gold kartları Bankın istənilən filialında pulsuz təqdim edilir.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.