Xalq Bankdan yeni xidmət – elektron arayış

02-10-2015 / 16:39

Xalq Bank və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında əldə olunan razılığa əsasən müştərilərə banka kredit üçün müraciət etdikdə iş yerindən arayış təqdim etməyə ehtiyac qalmır.

Bankdan Xeberler.az-a verilən məlumata görə, artıq elektron arayışı www.e-gov.az Elektron Hökumət portalı vasitəsilə Xalq Bankın filiallarında əldə etmək mümkündür. Bu, kreditin rəsmiləşdirilməsi prosesini sürətləndirməyə və vaxta qənaət etməyə imkan verir.

Elektron arayış xidmətinin həm Bank, həm də Banka kredit üçün müraciət edən vətəndaşlar üçün bir sıra üstünlükləri var:

- Banka edilən kredit müraciətlərinin qeydiyyat prosesinin asanlaşması
- Elektron arayışın bankın iş rejimindən asılı olmayaraq, günün istənilən vaxtında banka göndərilməsi imkanı
- Vaxt itkisinin aradan qaldırılması və rahatlığın təmin edilməsi
- Müştərinin çalışdığı müəssisədə rəhbərliyə kredit alma zərurəti haqqında məlumat vermək ehtiyacının olmaması

Qeyd etmək lazımdır ki, e-arayışlar xidmətindən yararlanmaq üçün www.e-gov.az portalında qeydiyyatdan keçmək lazımdır. Elektron hökumət portalında e-arayışı həm onlayn olaraq banka göndərmək, həm də Xalq Bankın istənilən filialında kredit üçün müraciət etdikdə əldə etmək olar. E-arayışların alınması xidməti haqqında ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.