Xanımlar üçün “Web Dizayn” üzrə növbəti workshop keçiriləcək

12-04-2016 / 09:58

Tech-Tech Xanım "Web Dizayn" üzrə növbəti workshop keçirəcək.

WOWOMAN qadınların professional və şəxsi inkişaf üçün yaradılmış platformadır.

WOWOMAN Tech-Tech Xanım  İT elmini xanımlar  arasında təbliğ etmək və xanım İT mütəxəssislərin sayını artırmaq məqsədi ilə yaradılan layihədir.

Xeberler.az-ın məlumatına görə, bu sahədə xanımların bilik və bacarığını artırmaq üçün müxtəlif tədbirlər keçirən platformanın növbəti tədbiri "Web Dizayn" üzrə workshop olacaq.

Təlimdə iştirak etməklə xanımlar aşağdakı mövzular üzrə məlumat alacaq:

-Web development prosesi

-Responsive Web dizayn

-HTML, CSS vasitəsilə səhifələrin hazırlanması

-CSS frameworklar

-JavaScript nədir? 

-JavaScript Framework-ların üstünlükləri və istifadə qaydaları

Qeyd edək ki, təlim Safaroff Creative Agency şirkətinin texniki direktoru Zülfüqar  İsmayılzadə tərəfindən keçiriləcək.

Təlimdə iştirak etmək üçün ödəniş 19 AZN-dir.

Tələbələrə 20 % endirim, Tech-Tech Xanım Java Web Development kursunun iştirakçılarına isə 50 % endirim olunacaq.

Onu da bildirək ki, seçilmiş 3 xanım workshop-da pulsuz iştirak edəcəkdir!

İştirak üçün buradan qeydiyyatdan keçməlisiniz.

Müraciət üçün son tarix aprerlin 19-dur.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə