Xaricdə İT üzrə nə qədər tələbə təhsil alır? –Rəsmi

07-05-2018 / 12:03

“İndiyədək xarici ölkələrdə təhsil almış tələbələrin 10 faizini İT ixtisası üzrə təhsil alan gənclər təşkil edir”.

Xeberler.az-ın məlumatın görə, bu barədə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib.

O, cari ildən başlayaraq İT ixtisasları üzrə bakalavr pilləsinə qəbulun 1,5 dəfə artırıldığını diqqətə çatdırıb.

Y.Piriyev informasiya təhlükəsizliyi sahəsinin önəmini nəzərə alaraq ölkəmizdə bu istiqamətdə qəbulun 20 yerdən 140 yerə qaldırılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Nazirlik rəsmisi orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən beynəlxalq yarışın – Beynəlxalq İnformatika Olimpiadasının (International Olympiad in Informatics - IOI) 2019-cu ildə Azərbaycanda keçiriləcəyini bildirib.

Yaqub Piriyev vurğulayıb ki, yüksək biliyə malik şagirdlərin bu yarışda ölkəmizi təmsil edəcək.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə