Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

06-04-2018 / 18:01

Aprelin 14-15-i tarixlərində Bakıda, Hilton otelində növbəti beynəlxalq təhsil sərgisi keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, sərgi Akare Xaricdə Təhsil şirkəti tərəfindən təşkil edilir.

Qeyd edək ki, Akare Xaricdə Təhsil sərgiləri 2001-ci ildən etibarən İngiltərə, Türkiyə, Polşa, Ukrayna, Misir, Qazaxıstan, Mərakəş kimi dünyanın bir çox fərqli ölkələrində keçirilir.

Sərgidə xüsusilə Türkiyədən olmaqla, Amerika, Kanada, İngiltərə, Almaniya, Fransa, Polşa, Kipr, Latviya, İrlandiya, Rusiya və digər ölkələrdən 50-yə yaxın özəl və dövlət universitetləri, kolleclər və dil məktəblərinin iştirakı gözlənilir.

Burada şagirdlər ali təhsilin bakalavr, magistr və doktorantura pillələri ilə yanaşı, xarici ölkələrdə qısa və uzun müddətli dil kursları barədə də ətraflı məlumat əldə edə biləcək.

İştirakçılar universitetlərin birbaşa öz nümayəndələrindən ətraflı məlumat ala biləcək.     

Qeyd edək ki, sərgidə iştirak pulsuzdur. Buradan olaraq online qeydiyyatdan keçərək sərgidə iştirak edə bilərsiniz.

Sərgidə iştirak edənləri xüsusi endirimlər, təqaüdlər və sürprizlər gözləyir. Məlumata görə, British Council ilə əməkdaşlıq çərçivəsində sərgi iştirakçıları arasından seçilən bir nəfər pulsuz İELTS imtahanı hədiyyə ediləcək.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə