Xaricdə təhsillə bağlı e-ərizələr yeni formada

17-04-2015 / 20:47

"Elektron Hökumət" portalında Təhsil Nazirliyinin təqdim etdiyi  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üçün "elektron ərizə"  elektron xidməti təkmilləşdirilərək yeni versiyada istifadəçilərə təqdim edilib.

Əvvəlki versiyada elektron ərizəyə məlumatları daxil etmək üçün giriş edilən zaman istifadəçi yalnız elektron poçt vasitəsilə qeydiyyatdan keçirilirdi. Yenilənmiş versiyada isə “elektron ərizə sistemi” nin “İAMAS”a (İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi) qoşulmasının təmin edilməsi ilə ərizəyə müvafiq qeydiyyatın şəxsiyyət vəsiqəsi (Fərdi İdenfikasiya Kodu - FİN vasitəsilə) ilə aparılması tətbiq edilib.

Qeydiyyatdan keçən zaman istifadəçinin şəxsiyyət vəsiqəsində olan məlumatlar avtomatik olaraq ekranda əks olunur. İstifadəçi sadəcə elektron poçt  ünvanını və şifrəni daxil edərək qeydiyyatdan keçmiş olur. Şifrə unudulan zaman isə onun bərpası, həmçinin istifadəçinin yaratdığı ərizə ilə bağlı məlumatlar elektron poçt ünvanına göndərilir. Sistemin istifadəçini  FİN-ə uyğun identifikasiya etməsi  vətəndaşın e-xidmətdən istifadəsi  zamanı  təkrar qeydiyyatdan keçmənin  qarşısını alır. Belə ki, istifadəçi bir dəfə qeydiyyatdan keçdikdən sonra növbəti dəfə xidmətə daxil olan zaman sistem artıq istifadəçisini tanıdığından, birbaşa olaraq tələb olunan məlumatları doldurmaq üçün ekranda ərizə forması açılır. Qeyd edək ki, xidmət istifadəçiyə ərizə formasını dolduran zaman e-xidmətdə tələb olunacaq sənədlərin siyahısı yerləşdirilən keçidi (linki) təqdim edir. İstifadəçi siyahıda adları qeyd olunan bütün tələb olunan sənədlərin sürətini (skan) elektron ərizəyə məlumatlar daxil edilən zaman sistemə yükləməlidir.

Elektron ərizələr tamamlandıqdan sonra Təhsil Nazirliyinin əməkdaşları tərəfindən araşdırılaraq, məlumatın və yüklənmiş sənədlərin müvafiq tələblərə uyğun olduğu  təqdirdə  qəbul  edildiyi  təsdiq ediləcək. Hər hansı məlumat və ya yüklənmiş sənəd düzgün olmadığı təqdirdə iddiaçının ərizəsi qəbul olunmayacaq və bu barədə səhvlər göstərilməklə iddiaçının elektron ərizəsi yalnız bir dəfə düzəliş üçün geri göndəriləcək. Həmçinin istifadəçi elektron ərizəsini tamamladıqdan sonra müraciətinin statusunu real rejimdə izləyə bilmək imkanını əldə edəcək və hər bir status dəyişikliyi barədə ona avtomatik bildiriş göndəriləcək.

İstifadəçi ilkin variant olaraq sənədlərinin elektron variantını xidmətdən istifadə edərək təqdim edir. Müsahibəyə dəvət olunan namizədlərdən müsahibə günü notarial qaydada tərcümə və təsdiqi tələb edilən sənədlərin surətinin Təhsil Nazirliyinə təqdim edilməsi tələb olunacaqdır. Əgər iddiaçının elektron ərizəsində göstərdiyi sənədlərdəki məlumatlarla müsahibə günü təqdim edəcəyi sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri arasında fərqlilik olarsa, həmin şəxs müsahibəyə buraxılmayacaq və onun müraciəti ləğv olunacaq.

Bununla yanaşı, ötən ildən fərqli olaraq, elektron ərizənin məzmununda da bəzi dəyişikliklər edilərək istifadəçilərə geniş imkanlar verilmişdir. Belə ki, iddiaçılar elektron ərizəyə yüklədikləri bütün sənədlərə baxa, onları silə və ya dəyişə biləcək, elektron ərizəni təsdiq etdikdən sonra onlardan əlavə sənədlər tələb olunduğu halda, onu da elektron qaydada izlənmə sistemi panelində yaradılmış imkan vasitəsilə təqdim edə biləcəklər.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.