Xarici İT şirkətlər layihələrimizə maraq göstərir

14-10-2015 / 17:13

"ITU Telecom World 2015”-də sərgisində təmsil  olunan Bakcell şirkəti konfrans çərçivəsində bir neçə xarici şirkətlərlə görüş keçirib.

Xeberler.az-ın məlumatına görə, DBH , SeedStars  və Səudiyyə Ərəbistan  şirkəti ilə baş tutan görüşdə İKT layihələrlə bağlı qarşılıqlı əməkdaşlıq müzakirə olunub.

Azərbaycanlı startapçımız Rəşid Əliyev Braille Pad BethClip layihəsi ilə bağlı  şirkət rəsmilərinə məlumat verib.

SeedStars və digər İT şirkətlər layihələrimiz barədə  ətraflı məlumat toplayıblar. Onlar layihələrimizə maraq göstərdiklərini və gələcəkdə ikitərəfli əməkdaşlığı genişləndirəcəklərini bildiriblər.

SeedStars başlanğıc mərhələsində olan startaplara  50 min dollar dəyərində yatırım  edən şirkətdir. 

 Qeyd edək ki, BethClip tətbiqinə   Bakcell çirkətinin AppLap layihəsi dəstək verir.

BethClip  "ITU Telecom World 2015” -da  Bakcell-in dəstəyi ilə təmsil olunur. 

 

 

Məltəm Talıbzadə 

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.