Xarici şirkət yerli məhsulumuz Fatal Fight-ı satın aldı

10-01-2017 / 17:24

Məlumat verdiyimiz kimi, yerli məhsulumuz Fatal Fight oyunu dünyada maraqlana qarşılanır.

Son məlumata görə,  oyunun  Android platformasında yüklənilmə sayı   5 milyona çatıb.

Fatal Fight  oynunu Estoniyadakı İtech Media Solutions şirkəti tərəfindən satın alınıb.

Xeberler.az-ın məlumatına görə, bu barədə oyunun qurucusu Toğrul Səməd öz Facebook səhifəsində paylaşıb:

“2017-ci il  gözəl başladı. İlin sonuna yeni oyunlarla qarşınızda olacağıq.  Qeyd etmək istəyirəm ki, bu təkcə mənim deyil, peşəkarlardan ibarət komandamızın uğurudur”.

Toğrul Səməd Xeberler.az- bildirib ki, Fatal Fight artıq rəsmi olaraq İtech Media Solutions şirkətinə məxsusdur.

Qeyd edək ki, satınalmanın məbləği ilə bağlı məlumat paylaşılmayıb.

Əsas komandası 7 nəfər əsas, ümumi 14 nəfərdən ibarət komandası olan və  6 ay müddətində hazırlanan bu oyunun vizual effektləri  Mortal Kombat, Gameplayi  isə Thimberman oyununun motivləri əsasında hazırlanıb.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.