Xbox 360 konsolunun istehsalı dayandırılıb

22-04-2016 / 14:08

Microsoft korporasiyası ötən ilin noyabrında 10 illik yubileyini qeyd edən Xbox 360 oyun konsolunun gələcək istehsalını dayandırıb.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki,  bu barədə korporasiyanın oyun qurğuları bölməsinin rəhbəri Fil Spenser bildirib.

Anbarlarda ehtiyatlar bitənədək hələ bir müddət mağazalarda satılacaq qurğu bundan sonra buraxılmayacaq.

F.Spenserin sözlərinə görə, Xbox 360 Microsoft-da bütöv oyun nəslini müəyyənləşdirməyə kömək edib.

Xbox 360 konsolunda Gears of War kimi oyunlar yaranıb, qurğu isə oyun sahəsində Kinect kimi innovasiyaların əsasını qoyub.

Bildirilir ki, Xbox 360 sahibləri Xbox Live  vasitəsilə yenilənmələri almaqda davam edəcəklər, ona aid onlayn servislər isə aktiv olaraq qalacaq.

Həmçinin Microsoft xbox.com/support  ünvanında qurğu üçün texniki dəstəyi davam etdirəcək. Bundan başqa, oyun həvəskarları aktual Xbox One modeli ilə əks-uyğunluq təşkil edən Xbox 360 üçün bütün oyunları oynaya biləcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə