Kriptovalyuta tranzaksiyaların icrası niyə gecikir?-Şərh

08-12-2017 / 14:00

Bu gün kriptovalutaların qiymətinin qalxması və bu prosesin bütün dünya üzrə mətbuatda geniş işıqlandırılması nəticəsində geniş kütlələrin kriptovalyutalara, xüsusilə Bitcoin-ə aktiv investisiyası ilə nəticələnib.

Bununla bağlı demək olar ki, bütün birjalar yüklənib. Bunun da üzərinə birjalar və bir çox mübadilə saytları DDos hücumlarına məruz qalır və xarici mənbələrdə hər gün böyük həcmlərdə Bitcoin və digər kriptovalyutaların oğurluq halları barəsində məlumatlar yayılır.

Alış həcmlərinin və nəticədə transaksiyaların çox olması onların növbələrini yaradır ki, son 24 saat ərzində 200 000 -dən artıq transaksiyanın icrası artıq bir gündən çoxdur gözləmədədir. 

Artan bu tələb nəticəsində təbii olaraq Bitcoin-in qiyməti ən yüksək həddə - bu gün üçün (08.12.2017 tarixinə )  17 500 dollar həcminə çatıb.. Daha öncə də proqnozlaşdırdığım kimi,  bu rəqəmin ilin sonuna 20 000 dolları keçəcəyini düşünürəm.

Hər hansı ciddi problemlər olmazsa, Bitcoin-in  qiymətinin gələn ilin sonuna optimistik ssenari ilə 100 000 dollardan, pissimistik ssenari ilə 50 000 dollardan yüksək olacağını düşünürəm.

Bu gün Bitcoin və top 5-likdə olan digər kriptovalyutalar çox önəmli bir dönəm keçirirlər. Bu yüksək tranzaksiya həcminin qarşılanması gücünün testi dönəmidir. Yalnız son 24 saat ərzində Bitcoin üzrə ticarət həcmi 29 milyard dollardan artıq olub ki, bu hətta bir sıra birjaların fəaliyyətinin dayandırması ilə nəticələnib.

Bitcoin-in alış imkanı olan böyük birjalardan olan Coinbase birjasında 7 dekabr tarixində artan alış həcminin nəticəsində birja öz fəaliyyətini dayandırmalı olub.

Hazırda birjanın mühəndisləri bu yüksək tələblərinin qarşılama yolları üzərində çalışırlar.

İcrasında ciddi gecikmələr yaranan digər bir kriptovalyuta Ethereum kriptovalyutasıdır. Crypto Kitties adlı kriptovalyuta əsaslı virtual oyunun viral müvəffəqiyyəti nəticəsində əslində Ethereum öz blockchain-in artan tələb həcminin qarşılanması baxımından test etmiş oldu.

Bütün bu problemlər əslində kriptovalyutaların böyük qlobal həcmləri qarşılamasına hazırlıq baxımından önəmli proseslərdir.

Maraqlı bir sual yaranır: Bütün bu çətinliklər Bitcoin və digər kriptovalyutaların dəyərdən düşməsinə səbəb ola bilərmi?

Düşünürəm ki, qısa müddətli perspektivdə xüsusilə Bitcoin və Ethereumun qiymətində bir az enişlər ola bilər. Ancaq tələb o qədər yüksəkdir ki, yeni alışlar hesabına bu fərq bağlanacaqdır. Düşünürəm Bitcoin-in qiymətində təxminən 3000 dollarlıq geriləmə olacaq yəni 14-15 min dollar civarlarına düşəcək. Amma sonra yenidən öz qiymətini bərpa edəcək.

Ciddi azalmanın olmaması həm də onunla bağlıdır ki, bir çox insanlar Bitcoin-ə depozit aləti olaraq baxırlar və vəsaitlərini Bitcoinda uzunmüddətli yerləşdirməyə üstünlük verirlər. Yəni, bu gün üçün Bitcoin və bir çox digər kriptovalyutalar hələlik ödəniş vasitəsi kimi geniş qəbul edilmir.

Bu vəziyyətdə diqqəti digər NEM, ZCash, Stellar, MİOTA, LiteCoin, Monero və digər kriptovalyutalara çəkmək istərdim. Əslində bu növbəlilik prosesində dünyanın diqqəti qeyd etdiyim kriptovalyutalara zamanla yönələcək. Xüsusilə Litecoin və ZCashi qeyd etmək istərdim.

Yeni ilin qəhrəmanları bu coin-lər  olacaq. 2018-ci ilin transaksiya lideri isə düşünürəm ki, NEM olacaq. Yalnız 2018-ci ildə NEM kriptovalyutasının Rusiya və ətraf regionlar üzrə yayılmasına yaradıcıları tərəfindən 40 milyon dollardan artıq vəsait ayrılıb.

Gecikmələr barəsində isə onu deyim ki, narahat olmağa düşünürəm ki, dəyməz. Aldığınız coin-lər hələ elektron portmanatlarınıza daxil olmayıbsa, bir az gözləyin. Gəlib çatacaqlar.

 

Kriptovalyuta üzrə mütəxəssis Sənan Həsənov

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə