Xiaomi 60 düymlük televizor təqdim edib

20-10-2015 / 16:23

Çinin Xiaomi şirkəti 60 düym diaqonallı ekrana malik Mi TV 3 smart televizorunun yeni versiyasını təqdim edib.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, televizorun qiyməti 4999 yuan (785 dollar) təşkil edir.

Bildirilir ki, 4K təsvir ölçüsünə malik televizorun yuxarı hissəsində qalınlığı 11,6 mm, aşağı hissəsində 36,7 mm-dir. Qurğu Android əməliyyat sistemi bazasında şirkətə məxsus MIUI daxili proqram təminatının idarəetməsi ilə işləyir.

Mi TV3 iki hissədən - televizor və özündə çoxlu hesablama gücünü birləşdirən səs sistemindən ibarətdir. Onun köməyi ilə istənilən televizoru, eləcə də monitor və proyektoru ağıllı funksiyalarla təchiz etmək olar. Panelin ayrılıqda qiyməti 999 yuan (160) təşkil edir. Audiosistemdə dinamiklər və 60 QHs-22 kQs diapazonunda işləyən sabvuferlər quraşdırılıb.

Televizorun satışa çıxarılma tarixi barədə məlumat verilmir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə