“Xoş Saatlar” aksiyasının istifadə müddəti uzadıldı!

01-10-2009 / 18:47

Abunəçilərin çoxsaylı istəklərini nəzərə alaraq, abunəçilərə limitsiz danışıq imkanını yaradan “Xoş Saatlar” aksiyasının istifadə müddəti 15.10.09 tarixinədək uzadıldı.

Xatırladaq ki, “Xoş Saatlar” aksiyasına qoşulan Nar Mobile abunəçisi şəbəkədaxili  pulsuz danışıqlar üçün  təqdim olunan paketlərdən birini seçib, telefonla istədiyi qədər danışacaq və büdcəsinə qənaət etmiş olacaq.

“Xoş Saatlar” aksiyasına qoşulmaq üçün seçilmiş paketin adını və ya müvafiq kodu SMS-lə 777 nömrəsinə göndərmək kifayətdir.

Aktivləşdirilmiş paketin istifadə müddətini *777#4#Yes kodunu yığmaqla öyrənmək olar.

Şəbəkədaxili danışıqlar üçün nəzərdə tutulan “Xoş Saatlar” paketlərindən bütün öncədən ödənişli tarif planlarının istifadəçiləri yararlana bilər.
Paketdən istifadə müddəti xidmətin aktivləşdirildiyi andan hesablanır və bu haqda abunəçiyə SMS-bildiriş göndərilir.

Qeyd edək ki, bir “Xoş Saatlar” paketinin qüvvədə olduğu halda digər “Xoş Saatlar” paketini aktivləşdirmək mümkün deyil.

Aksiya haqqında ətraflı məlumatı şirkətin rəsmi saytına www.NarMobile.az və ya Nar Mobile Mərkəzlərinə müraciət edərək əldə etmək olar.

AZERFON MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlamışdır. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilmişdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə