Yahoo Calendar xidməti yenilənib

09-10-2008 / 18:26
Yahoo şirkəti Yahoo Calendar onlayn təqvimini yeniləyib.
IDG News Service-in məlumatına görə, Yahoo Calendar dünəndən ABŞ, Braziliya, Hindistan, Tayvan və böyük Britaniya istifadəçiləri üçün açıqdır. Təqvim digər regionlarda bir neçə aydan sonra meydana çıxacaq.
10 il yenilənməyən Yahoo Calendar digər onlayn xidmətlərlə uyğunlaşıb ki, bunun nəticəsində, Mozilla, Apple, Microsoft, AOL və Google kimi müxtəlif platformalardan olan təqvimlərlə məlumatlar mübadiləsini aparmaq imkanı var.
Bundan başqa, Yahoo Calendar, mausun köməyilə təqvimin elementlərini gətirməyə və onları müxtəlif rənglərlə, hətta Flickr kolleksiyasının təsvirlərilə işarələməyə imkan verir. Istifadəçilər təqvimin ölçülərini dəyişə bilərlər. Yeni təqvimdəki xatırlatmalar e-mail, SMS və ani məlumatlar vasitəsilə olacaq.
Yahoo poçt xidməti ilə onlayn təqvimin sıx əlaqəli olmasına baxmayaraq, 8,1 milyon istifadəçi Yahoo Calendar-dan istifadə edir. Halbuki, Yahoo Mail-in 278 milyon müştərisi var. Analitiklər təsdiq edirlər ki, oxşar hallar digər şirkətlərdə də baş verir. Gartner-in məlumatlarına görə, onlayn təqvim istifadəçilərinin sayı 2012-ci ildə nəzərəçarpan dərəcədə arta bilər.
Gələcəkdə Yahoo onlayn təqviminə ictimai təqvimlərin xatırlatmalarını və Yahoo Maps kimi digər xidmətlərin dəstəyini də əlavə edəcək. Kənar işçilər də Yahoo Calendar-a əlavələr edib genişləndirmələr apara bilərlər.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.