Yahoo-nun adı dəyişir

10-01-2017 / 11:14

Təxminən 6 ay əvvəl Verizon-ya 4,8 milyard dollara satılan Yahoon-un strukturunda  yenidən dəyişiklik olacaq.

Belə ki, müqavilə çərçivəsində 49.5 faiz hissəsi Verizon-ya keçən şirkətin qalan hissəsi isə Altaba Inc. adında yeni şirkətə çeviriləcək.

Xeberler.az bildirir ki, şirkətin SEC-ə verdiyi yazılı məlumatda qeyd edilib ki, Marissa Mayer və Yahoo-nun qurucu ortağı David Filo digər dörd idarə heyəti üzvüylə birlikdə şirəkətin idarə heyətində istefa edir.

Açıqlamaya görə, Altaba-nın yeni idarə heyəti Tor BRAHAM, Eric Brandt, Catherine Friedman, Thomas McInerney və Jeffrey Smith olmaqla beş addan ibarətdir. Eric Brandt Altaba-nın idarə heyəti başçısıdır.

Altaba Yahoon-un Alibaba-dakı 15  faiz və Yaponiyadakı 35.5  faiz hissələrindən ibarətdir.

Altaba-nın bir investisiya şirkəti olaraq fəlaiyyət göstərəcəyi bildirilir.

Yahoo! şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir.

 

Günel 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.